Azərbaycan əsas satış bazarına alma ixracını kəskin artırıb

ASK
  • 25 aprel, 2023
  • 13:47
Azərbaycan əsas satış bazarına alma ixracını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 10,2 milyon ABŞ dolları dəyərində 15 min 942 ton alma göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 2,1 dəfə çoxdur.

Hesabat dövründə Rusiyaya 9,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 15 min 147 ton (+2,1 dəfə), Qazaxıstana 166,4 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 523,1 ton (+5,2 dəfə), Özbəkistana 95,3 min ABŞ dolları dəyərində 147,6 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyəyə 39,2 min ABŞ dolları dəyərində 83,4 ton (bir il əvvəl tədarük olmayıb), Belarusa 36,5 min ABŞ dolları dəyərində 41 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

2022-ci ildə Azərbaycandan (15 ölkəyə) ixrac edilən 82,3 min ton almanın 93,7 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti