Azərbaycan ərəb ölkələrinə yumurta ixrac edib

Azərbaycan ərəb ölkələrinə yumurta ixrac edib Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat ASC aqrar məhsulların ixrac coğrafiyasını genişləndirməkdədir.
ASK
25 Sentyabr , 2019 16:39
Azərbaycan ərəb ölkələrinə yumurta ixrac edib

"Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat" ASC aqrar məhsulların ixrac coğrafiyasını genişləndirməkdədir. 

Bu barədə “Report”a qurumun İdarə Heyətinin sədri Leyla Məmmədova məlumat verib. 

"Rusiya kimi ənənəvi bazarla yanaşı, Afrikanın Nigeriya və Kenya kimi ölkələrinə, eləcə də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məhsul ixrac edirik. Məsələn, bu yay Azərbaycanda yumurtanın istehsal həcmi yüksək oldu və ərəb ölkələrinə yumurta ixracını təşkil etdik”, - deyə o qeyd edib. 

L.Məmmədova həmçinin bildirib ki, rəhbərlik etdiyi səhmdar cəmiyyəti ölkədə fəaliyyət göstərən 800-dən çox dövlət müəssisəsini özəl sektorla əlaqələndirməyə, fermerlərin məhsullarının satışını təşkil etməyə, bu yolla kənd təssərrüfatında istehsalın həcminin artırılmasına çalışır. 

Xatırladaq ki, "Aqrar Tədarük və Təchizat" 2016-cı ildən fəaliyyət göstərən "Ərzaq Məhsullarının Tədrükü və Təchizatı" ASC-nin bazasında bu ilin iyul ayında yaradılıb. Onun nizamnamə kapitalı 6 milyon manatdır. 

Son xəbərlər

Orphus sistemi