Azərbaycan daha iki ölkəyə yemiş ixrac etməyə başlayıb
- 06 mart, 2024
- 06:29
2023-cü ildə Azərbaycan 627 min ABŞ dolları dəyərində 2 min 65 ton yemiş ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 13 % azdır, kəmiyyət olaraq – 29 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynaya 403,8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 % azdır) 1 min 384 ton (-43 %), Gürcüstana 114,6 min ABŞ dolları dəyərində (-39 %) 551 ton (-39 %), Rusiyaya 76,6 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 98,6 ton (+2,7 dəfə), Səudiyyə Ərəbistanına 24,6 min ABŞ dolları dəyərində 2,6 ton, Moldovaya 5,25 min ABŞ dolları dəyərində 21 ton (bir il əvvəl tədarük olmayıb) yemiş satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Estoniyaya (2 min ABŞ dolları dəyərində 6,8 ton) və Səudiyyə Ərəbistanına tədarük həyata keçirilib.