Azərbaycan daha bir ölkəyə pomidor tədarük etməyə başlayıb
- 27 dekabr, 2021
- 10:54
Bu ilin ilk 10 ayında Azərbaycandan xaricə 129,65 milyon ABŞ dolları dəyərində 120 min 342,35 ton pomidor göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25,1 % və 24,9 % azdır. İki il 3 aylıq aradan sonra Latviyaya bu tərəvəzin ixracı bərpa edilib. Azərbaycandan ən azı son 10 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) Türkmənistana pomidor tədarük edilməyib.
2021-ci ilin yanvar-oktyabr aylarında pomidor tədarük etdiyimiz ölkələr:
| Ölkə | Həcm, ton | İllik dinamika | Dəyər, min ABŞ dolları | İllik dinamika |
| Rusiya | 115 749,73 | -26,4 % | 127 504,78 | -25,8 % |
| Ukrayna | 1 456,37 | -38,2 % | 664,64 | -34,8 % |
| Belarus | 765,49 | 20 dəfə | 565,26 | 18 dəfə |
| Qazaxıstan | 685,62 | 5 dəfə | 352,13 | 5 dəfə |
| Birləşmiş Ərəb Əmirlikləri | 872,24 | 85,4 % | 228,99 | 89,4 % |
| Gürcüstan | 598,12 | 62 dəfə | 171,99 | 72 dəfə |
| Polşa | 71,25 | - | 66,98 | - |
| Qətər | 53,4 | - | 55,16 | - |
| Latviya | 36 | - | 20,56 | - |
| Moldova | 17,6 | - | 8,57 | - |
| Estoniya | 18,16 | 10,4 % | 7,17 | -56,5 % |
| Türkmənistan | 18,37 | - | 5,51 | - |
Hesabat dövründə ölkəmizə 684,1 min ABŞ dolları dəyərində 845,5 ton pomidor idxal edilib ki, bu da əvvəlki ili analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 5,3 dəfə, kəmiyyət olaraq – 3,5 dəfə çoxdur. Azərbaycana pomidor 7 ölkədən gətirilib.