Azərbaycan daha bir ölkəyə pomidor ixrac etməyə başlayıb
- 19 oktyabr, 2022
- 10:14
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 134,229 milyon ABŞ dolları dəyərində 112 min 302 ton pomidor ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,7 % çoxdur, kəmiyyət olaraq – 5,7 % azdır.
Rusiyaya 129,942 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,1 % çoxdur) 109 min 521 ton (-4,4 %), Belarusa 3,697 milyon ABŞ dolları dəyərində (+6,5 dəfə) 2 min 124 ton (+2,8 dəfə), Polşaya 239,4 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 162 ton (+2,3 dəfə), Ukraynaya 223,81 min ABŞ dolları dəyərində (-66,3 %) 294,23 ton (-80 %), Birləşmiş Ərəb Əmirliklərinə 45,39 min ABŞ dolları dəyərində (-80 %) 59,91 ton (-93,1 %) məhsul göndərilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Litvaya tədarük həyata keçirilib. Həmin ölkəyə 6,9 min ABŞ dolları dəyərində 17,24 ton pomidor satılıb.
Hesabat dövründə Azərbaycana xaricdən 1 milyon ABŞ dolları dəyərində (+54,5 %) 919 ton (+11,1 %) pomidor gətirilib.
Rusiyadan 858,12 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 746,43 ton (+2,4 dəfə), Belarusdan 84,87 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 48,86 ton (+41 %), Türkmənistandan 64,33 min ABŞ dolları dəyərində (-24 %) 114,77 ton (-29 %), İrandan 4,95 min ABŞ dolları dəyərində (+248 dəfə) 9 ton (+300 dəfə) və Türkiyədən 0,28 min ABŞ dolları dəyərində 0,22 ton (bir il əvvəl tədarük olmayıb) məhsul idxal edilib.