Azərbaycan daha bir ölkəyə kartof ixracına başlayıb
- 09 avqust, 2022
- 06:05
Bu ilin ilk 5 ayında Azərbaycan xaricdən 26,246 milyon ABŞ dolları dəyərində 99 min 833 ton kartof (toxumluq kartofdan başqa) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 1,3 % çoxdur.
İrandan 8,926 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,5 dəfə azalıb) 36 min 104 ton (-2,5 dəfə), Türkiyədən 7,673 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 30 min 595 ton (+6 dəfə), Pakistandan 7,316 milyon ABŞ dolları dəyərində (+487 dəfə) 24 min 386 ton (+498 dəfə), Gürcüstandan 1,466 milyon ABŞ dolları dəyərində (+4,1 dəfə) 5 min 856 ton (+4 dəfə), Ukraynadan 847,35 min ABŞ dolları dəyərində 2 min 824 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.
Hesabat dövründə Azərbaycan xaricə 14,822 milyon ABŞ dolları dəyərində 33 min 323 ton kartof satıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 30 % və 33,3 % azdır.
Rusiyaya 14,025 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 30 % azalıb) 30 min 772 ton (-31,2 %), Belarusa 381 min ABŞ dolları dəyərində (+45 %) 1 min 027 ton (+4,8 %), Ukraynaya 217,4 min ABŞ dolları dəyərində (-75,4 %) 755,6 ton (-80,6 %), Gürcüstana 109,9 min ABŞ dolları dəyərində (+9,2 dəfə) 439,7 ton (+6,5 dəfə), Litvaya 40,88 min ABŞ dolları dəyərində 163,5 ton məhsul ixrac edilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Litvaya tədarük həyata keçirilib.