Azərbaycan daha bir ölkəyə alma ixrac etməyə başlayıb

ASK
  • 16 noyabr, 2022
  • 05:56
Azərbaycan daha bir ölkəyə alma ixrac etməyə başlayıb

2022-ci ilin ilk 9 ayı ərzində Azərbaycandan xaricə 25,884 milyon ABŞ dolları dəyərində 39 min 801 ton alma göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,4 % çoxdur, kəmiyyət olaraq – 9,8 % azdır.

Rusiyaya 25,034 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12,1 % çoxdur) 37 min 878 ton (-9 %), Qazaxıstana 385,64 min ABŞ dolları dəyərində (-26 %) 1 min 321 ton (-28,7 %), Belarusa 271,72 min ABŞ dolları dəyərində 268,93 ton (4 il 11 aydan sonra bərpa edilib), Birləşmiş Ərəb Əmirliklərinə 85,62 min ABŞ dolları dəyərində (+5,8 dəfə) 96,49 ton (+5,3 dəfə), Qətərə 34,38 min ABŞ dolları (+2,3 dəfə) dəyərində 36 ton (+2 dəfə) məhsul satılıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Böyük Britaniyaya tədarük həyata keçirilib. Həmin ölkə Azərbaycandan 20,52 min ABŞ dolları dəyərində 13,68 ton alma alıb.