Azərbaycan daha bir ölkədən yaşıl çay almağa başlayıb
- 06 aprel, 2022
- 11:28
2022-ci ilin yanvar ayında Azərbaycana xaricdən 81,71 min ABŞ dolları dəyərində 13,96 ton yaşıl çay gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 45,5 %, kəmiyyət olaraq – 68,7 % artıb.
Hesabat dövründə Çindən 32,19 min ABŞ dolları dəyərində 10,17 ton, Rusiyadan 25,31 min ABŞ dolları dəyərində 2,28 ton, Türkiyədən 11,24 min ABŞ dolları dəyərində 0,51 ton, Birləşmiş Ərəb Əmirliklərindən 8,48 min ABŞ dolları dəyərində 0,8 ton, Almaniyadan 1,56 min ABŞ dolları dəyərində 0,07 ton məhsul alınıb.
2021-ci ilin yanvarı ilə müqayisədə Çindən idxal müvafiq olaraq 805 dəfə və 1017 dəfə artıb, Rusiyadan – 2,2 dəfə və 25 % artıb, Türkiyədən – 15,6 % artıb və 65,3 % azalıb, Birləşmiş Ərəb Əmirliklərindən – 54,1 % və 58,1 % azalıb, Almaniyadan – 3,7 dəfə və 3,5 dəfə artıb.
Yanvarda Azərbaycan son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistandan yaşıl çay alıb. Bu ölkədən 0,01 min ABŞ dolları dəyərində 0,01 ton məhsul tədarük edilib.