Azərbaycan daha bir ölkədən toxumluq buğda almağa başlayıb

ASK
  • 15 dekabr, 2022
  • 13:44
Azərbaycan daha bir ölkədən toxumluq buğda almağa başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 2,2 milyon ABŞ dolları dəyərində 3 min 306 ton toxumluq buğda gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17,8 %, kəmiyyət olaraq – 37,2 % azalıb.

Hesabat dövründə Rusiyadan 1,95 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % azdır) 3 min 019 ton (-39,6 %), Türkiyədən 231 min ABŞ dolları dəyərində (+44,4 %) 264,9 ton (+3,5 %) və Hindistandan 19 min ABŞ dolları dəyərində 22 ton məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Hindistandan tədarük həyata keçirilib.