Azərbaycan daha bir ölkədən tərəvəz toxumu tədarük etməyə başlayıb

ASK
  • 01 iyul, 2022
  • 05:35
Azərbaycan daha bir ölkədən tərəvəz toxumu tədarük etməyə başlayıb

Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xaricdən 2,818 milyon ABŞ dolları dəyərində 53,97 ton tərəvəz toxumu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,2 % azdır, kəmiyyət olaraq – 66,7 % çoxdur.

Hesabat dövründə Türkiyədən 574,53 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 50,7 % artıb) 11,87 ton (+82,3 %), Braziliyadan 374,68 min ABŞ dolları dəyərində (+75 dəfə) 0,01 ton (dəyişməyib), Fransadan 351,29 min ABŞ dolları dəyərində (+3,1 dəfə) 10,33 ton (+10,6 dəfə), Tailanddan 338,15 min ABŞ dolları dəyərində (-27,3 %) 0,11 ton (+10 %), Hindistandan 333,05 min ABŞ dolları dəyərində (+2 dəfə) 0,23 ton (+5,8 dəfə) məhsul alıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Ekvadordan tədarük həyata keçirilib. Bu ölkədən 12,54 min ABŞ dolları dəyərində 0,1 ton tərəvəz toxumu alınıb.

44 - Tezliklə