Azərbaycan daha bir ölkədən kokos almağa başlayıb
- 03 noyabr, 2022
- 10:40
Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 903,13 min ABŞ dolları dəyərində 352,77 ton hind qozu (kokos) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 18 % azdır.
Hesabat dövründə İndoneziyadan 462,18 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % azdır) 156,8 ton (-46 %), Vyetnamdan 320,02 min ABŞ dolları dəyərində (+65 %) 144,36 ton (+33,3 %), Kot-divuardan 52,39 min ABŞ dolları dəyərində (+2,2 %) 26,19 ton (-4,6 %), Çindən 19 min ABŞ dolları dəyərində 9,5 ton (2 il 2 aydan sonra tədarük bərpa edilib), Hindistandan 15,75 min ABŞ dolları dəyərində (+7 dəfə) 6,89 ton (+3 dəfə) məhsul alınıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Malayziyadan tədarük həyata keçirilib. Həmin ölkədən 7 min ABŞ dolları dəyərində 2,5 ton kokos idxal edilib.
Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi 540 ton hind qozunun 68 %-i İndoneziyanın payına düşüb.