Azərbaycan daha bir ölkədən gübrə almağa başlayıb
- 13 fevral, 2023
- 06:22
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 80,31 milyon ABŞ dolları dəyərində 96 min 507 ton gübrə (orqanik gübrələrdən başqa) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 95,3 % çoxdur, kəmiyyət olaraq – 21,4 % azdır.
Hesabat dövründə Rusiyadan 57,672 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 80 min ton (-18,5 %), Türkiyədən 7,66 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 2 min 316 ton (-13,3 %), Qazaxıstandan 4,257 milyon ABŞ dolları dəyərində 4 min 425 ton (1 il 7 aydan sonra tədarük bərpa edilib), Slovakiyadan 1,377 milyon ABŞ dolları dəyərində (+70 %) 1 min 764 ton (-1,3 %), İspaniyadan 1,257 milyon ABŞ dolları dəyərində (+93,4 %) 564,94 ton (+2,4 dəfə) məhsul gətirilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sinqapurdan tədarük həyata keçirilib. Həmin ölkədən 9,45 min ABŞ dolları dəyərində 1,68 ton gübrə alınıb.