Azərbaycan daha bir ölkədən çay tədarük etməyə başlayıb
- 29 noyabr, 2022
- 05:45
Bu ilin ilk 9 ayı ərzində Azərbaycan xaricdən 54,437 milyon ABŞ dolları dəyərində 10 min 690 ton qara çay alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19 % çoxdur, kəmiyyət olaraq – 0,1 % azdır.
Şri-Lankadan 47,032 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % çoxdur) 9 min 019 ton (+4,6 %), Rusiyadan 3,966 milyon ABŞ dolları dəyərində (+16,2 %) 746,22 ton (+4,5 %), Hindistandan 1,455 milyon ABŞ dolları dəyərində (-35 %) 453,93 ton (-30 %), Keniyadan 968,15 min ABŞ dolları dəyərində (+27 %) 194,97 ton (+7,7 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 308,63 min ABŞ dolları dəyərində (+21,2 %) 35,55 ton (+18,8 %) məhsul gətirilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kolumbiyadan tədarük həyata keçirilib. Həmin ölkədən 0,35 min ABŞ dolları dəyərində 0,01 ton çay idxal edilib.
Hesabat dövründə Azərbaycan 9,376 milyon ABŞ dolları dəyərində (+62 %) 1 min 494 ton (+2 dəfə) qara çay ixrac edib.
Rusiyaya 4,023 milyon ABŞ dolları dəyərində (+13 dəfə) 848 ton (+16,3 dəfə), Gürcüstana 3,905 milyon ABŞ dolları dəyərində (+9,8 %) 469,39 ton (+2 %), Ukraynaya 806,15 min ABŞ dolları dəyərində (-32,7 %) 99,82 ton (-33,5 %), BƏƏ-yə 157,99 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 15,91 ton (+2,7 dəfə), Polşaya 89,59 min ABŞ dolları dəyərində 20,3 ton (bir il 3 aydan sonra tədarük bərpa edilib) məhsul göndərilib.