Azərbaycan daha bir ölkədən avokado tədarük etməyə başlayıb

ASK
  • 13 iyul, 2022
  • 12:46
Azərbaycan daha bir ölkədən avokado tədarük etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 293,22 min ABŞ dolları dəyərində 130,51 ton avokado gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 40 % çoxdur.

Hesabat dövründə Türkiyədən 114,88 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 4 dəfə artıb) 76,58 ton (+3,5 dəfə), Perudan 46,01 min ABŞ dolları dəyərində (-60,3 %) 15,42 ton (-60 %), Lüksemburqdan 31,1 min ABŞ dolları dəyərində (+83,4 %) 5,16 ton (+2,2 dəfə), Cənubi Afrika Respublikasından 27,34 min ABŞ dolları dəyərində (+80 %) 9,32 ton (+86,4 %), İsraildən 27 min ABŞ dolları dəyərində (+18 %) 9 ton (-3,1 %) məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Portuqaliyadan tədarük həyata keçirilib. Bu ölkədən 2,38 min ABŞ dolları dəyərində 0,08 ton məhsul alınıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (12 ölkədən) aldığı 239,34 ton avokadonun 40 %-i Türkiyənin, 23 %-i Perunun, 16 %-i Cənubi Afrika Respublikasının payına düşüb.