Azərbaycan daha 3 ölkədən mərci almağa başlayıb
- 17 yanvar, 2022
- 09:49
Ötən ilin 11 ayı ərzində Azərbaycana 3,883 milyon ABŞ dolları dəyərində 4 min 422,35 ton mərci (qurudulmuş) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tədarük dəyər ifadəsində 24,29 %, kəmiyyət olaraq – 41,06 % azalıb.
Hesabat dövründə Azərbaycan Qazaxıstandan 1,715 milyon ABŞ dolları dəyərində 1 min 842,4 ton, Qırğızıstandan 1,085 milyon ABŞ dolları dəyərində 1 min 328,5 ton, Rusiyadan 675,79 min ABŞ dolları dəyərində 850,35 ton, Kanadadan 342,52 min ABŞ dolları dəyərində 347,49 ton, Türkiyədən 61,59 min ABŞ dolları dəyərində 51,94 ton məhsul alıb.
2020-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə Qazaxıstandan tədarük müvafiq olaraq 22,23 % artıb və 19,05 % azalıb, Qırğızıstandan 21,33 % və 28,48 %, Rusiyadan 11,74 % və 35,71 %, Kanadadan 68,43 % və 74,36 %, Türkiyədən 87,44 % və 92,46 % azalıb.
Mərci bütövlükdə 13 ölkədən alınıb, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Venesuela, Gürcüstan, Belarus, Almaniya, İtaliya, Malayziya və Britaniyadan. Bir il 8 aylıq fasilənin ardından Malayziyadan tədarük bərpa edilib. Son on ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) Azərbaycan Belarus, Gürcüstan və Venesueladan mərci almayıb.