Azərbaycan daha 3 ölkədən mal-qara tədarük etməyə başlayıb
- 07 noyabr, 2023
- 06:50
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 12,9 milyon ABŞ dolları dəyərində 3 min 748 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 21 % çoxdur.
Hesabat dövründə Azərbaycan Uruqvaydan 6,7 milyon ABŞ dolları dəyərində 2 min ədəd (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 1,18 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % azdır) 371 ədəd (-29 %), Estoniyadan 1,13 milyon ABŞ dolları dəyərində (-53 %) 325 ədəd (-57 %), Danimarkadan 1,1 milyon ABŞ dolları dəyərində 311 ədəd (bir il əvvəl tədarük olmayıb), Avstriyadan 938,73 min ABŞ dolları dəyərində (-65 %) 259 ədəd (-69 %) mal-qara alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikadan (6,8 min ABŞ dolları dəyərində 2 ədəd), İtaliyadan (487 min ABŞ dolları dəyərində 144 ədəd) və Rumıniyadan (418 min ABŞ dolları dəyərində 97 ədəd) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilmiş 7 min 881 ədəd mal-qaranın 40,6 %-i Uruqvayın, 15 %-i Estoniyanın, 13,7 %-i Avstriyanın, 11,5 %-i Türkiyənin payına düşüb.