Azərbaycan daha 2 ölkədən gübrə almağa başlayıb

ASK
  • 17 avqust, 2023
  • 07:44
Azərbaycan daha 2 ölkədən gübrə almağa başlayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 34,89 milyon ABŞ dolları dəyərində 54 min 842 ton gübrə (orqanik gübrələrdən başqa) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13,5 %, kəmiyyət olaraq – 45 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 23,261 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % çoxdur) 45 min 475 ton (+62 %), Türkiyədən 3,66 milyon ABŞ dolları dəyərində (-11 %) 1 min 345ton (-2,2 %), Slovakiyadan 1,35 milyon ABŞ dolları dəyərində (+4,6 dəfə) 1 min 466 ton (+3,4 dəfə), Çindən 1,1 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 658 ton (+22 %), Gürcüstandan 799 min ABŞ dolları dəyərində (+15 %) 2 min 536 ton (+87 %) gübrə alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Cənubi Afrikadan (8,5 min ABŞ dolları dəyərində 2 ton) və Serbiyadan (38 min ABŞ dolları dəyərində 20 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana idxal edilən (33 ölkədən) 103 min 315 ton gübrənin (orqanik gübrədən başqa) 83,4 %-i Rusiyanın payına düşüb.