Azərbaycan Çindən tütün idxalını bərpa edib

ASK
  • 14 fevral, 2023
  • 05:57
Azərbaycan Çindən tütün idxalını bərpa edib
google.az

2022-ci ilin ilk 11 ayında Azərbaycana xaricdən 66,815 milyon ABŞ dolları dəyərində 4 min 046 ton çəkməli tütün (emal olunmuş tərkibində tütün əvəzediciləri olan və ya olmayan) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11 % çoxdur, kəmiyyət olaraq – 4,6 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 28,187 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 dəfə çoxdur) 1 min 542 ton (+18 dəfə), Özbəkistandan 16,983 milyon ABŞ dolları dəyərində 756,34 ton (ilk dəfə tədarük olub), Ukraynadan 16,284 milyon ABŞ dolları dəyərində (-73 %) 1 min 094 ton (-73,3 %), Polşadan 3,1 milyon ABŞ dolları dəyərində 253,18 ton (ilk dəfə tədarük olub), İordaniyadan 2,1 milyon ABŞ dolları dəyərində (+10 dəfə) 392 ton (+15 dəfə) məhsul idxal edib.

Bir il 9 aylıq fasilənin ardından Çindən tədarük bərpa edilib.