Azərbaycan Çindən tut ağacı tingləri alır
ASK
- 01 noyabr, 2016
- 07:53
Bakı. 1 noyabr. REPORT.AZ/ Noyabrın 25-27-də Çindən Azərbaycana 1,5 mln. ədəd tut ağacı tingi gətiriləcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Onun sözlərinə görə, bu addım ölkədə baramaçılığın inkişafı üçün atılır: "Tender elan etmişdik və Çin şirkəti qalib olub. Son nəticədə onlardan 1,5 mln. tut ağacı tingi alacağıq".
H.Əsədov qeyri-neft sektorunun digər aparıcı sahəsi - pambıqçılıq barədə də danışıb və son günlər yağan intensiv yağışların bu sahəyə ziyan vurduğunu deyib: "Kombaynları tam alıb gətirməyimizə baхmayaraq, son günlər yağan yağışlar işlərimizə mane olur. Deyə bilərəm ki, pambıq sahələrində işlər tam dayanıb. Bu günə qədər 44 min ton pambıq yığılıb".
Son xəbərlər
12:28
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
Media12:25
Rusiya Ukraynada "Avrora" şəbəkəsinin paylama mərkəzinə zərbə endirib
Digər ölkələr12:23
Ukrayna Samarada neft emalı zavodunu vurub
Digər ölkələr12:15
"Napoli" "Çelsi"nin hücumçusu Mark Qiunu transfer edə bilər
Futbol11:56
Bazar günü 40 dərəcə isti olacaq
Ekologiya11:54
"Ozon" kompleksinə PUA hücumu nəticəsində dörd nəfər yaralanıb - YENİLƏNİB-2
Region11:34
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
Digər ölkələr11:31
Foto
Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb
İnfrastruktur11:18