Azərbaycan Çindən traktor alışını kəskin artırıb
- 25 oktyabr, 2023
- 09:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 109 milyon ABŞ dolları dəyərində 4 min 320 ədəd traktor idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 68 % çoxdur.
Hesabat dövründə Azərbaycan Niderlanddan 25,37 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 96 % çoxdur) 1 min 151 ədəd (+88 %), Almaniyadan 22,67 milyon ABŞ dolları dəyərində (+72 %) 1 min 59 ədəd (+71 %), İsveçdən 12,87 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 595 ədəd (+2,1 dəfə), Belarusdan 13,14 milyon ABŞ dolları dəyərində (+62 %) 562 ədəd (+50 %), Çindən 11,2 milyon ABŞ dolları dəyərində (+2,9 dəfə) 473 ədəd (+2,5 dəfə) traktor alıb.
2022-ci ildə Azərbaycana (18 ölkədən) xaricdən gətirilmiş 4 min 695 ədəd traktorun 26,7 %-i Niderlandın, 25,6 %-i Almaniyanın payına düşüb.