Azərbaycan Çilidən qoz alışını kəskin artırıb

ASK
  • 04 oktyabr, 2023
  • 14:03
Azərbaycan Çilidən qoz alışını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 10,3 milyon ABŞ dolları dəyərində 2 min 675 ton yunan qozu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq – 20 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynadan 8,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 2 min 211 ton (+2,4 dəfə), Qırğızıstandan 665 min ABŞ dolları dəyərində (-7 %) 171 ton (+15 %), Moldovadan 255,3 min ABŞ dolları dəyərində 87,5 ton (bir il əvvəl tədarük olmayıb), Çilidən 192 min ABŞ dolları dəyərində (+31 dəfə) 54,4 ton (+94 dəfə), Amerika Birləşmiş Ştatlarından 151 min ABŞ dolları dəyərində (-51 %) 50,1 ton (-50 %) qoz gətirib.

2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 5 min ton qozun 55 %-i Ukraynanın payına düşüb.