Azərbaycan Çexiyadan cücə idxal etməyə başlayıb

ASK
  • 05 mart, 2024
  • 08:15
Azərbaycan Çexiyadan cücə idxal etməyə başlayıb

Ötən il Azərbaycana xarici ölkələrdən 12,63 milyon ABŞ dolları dəyərində 22 milyon 830 min 780 ədəd çəkisi 185 qramdan artıq olmayan diri ev toyuğu (cücə) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 0,7 % azdır, kəmiyyət olaraq – 3,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 4,91 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % azdır) 10 milyon 194 min 533 ədəd (-3 %), Türkiyədən 3,87 min ABŞ dolları dəyərində (+12 %) 11 milyon 908 min 186 ədəd (+11 %), Rusiyadan 3,5 milyon ABŞ dolları dəyərində (-3 %) 680 min 861 ədəd (-18 %), Amerika Birləşmiş Ştatlarından 184 min ABŞ dolları dəyərində (-35 %) 30 min 720 ədəd (-35 %), İspaniyadan 99,64 min ABŞ dolları dəyərində (+43 %) 14 min ədəd (+22 %) cücə alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çexiyadan (23,58 min ABŞ dolları dəyərində 2 min 400 ədəd) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana 6 ölkədən idxal edilmiş 22,1 milyon ədəd cücənin 48,6 %-i Türkiyənin, 47,4 %-i Gürcüstanın payına düşüb.