Azərbaycanda bu il üçün müəyyən edilmiş balıq ovunun miqdarı açıqlanıb

Azərbaycanda bu il üçün müəyyən edilmiş balıq ovunun miqdarı açıqlanıb Nazirlər Kabineti 2019-cu il üçün “Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı”nı təsdiqləyib.
ASK
20 Mart , 2019 12:15
Azərbaycanda bu il üçün müəyyən edilmiş balıq ovunun miqdarı açıqlanıb
Report

Nazirlər Kabineti 2019-cu il üçün “Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı”nı təsdiqləyib.

“Report”un məlumatına görə, balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarının (kvotanın) bölgüsü aşağıdakılardan ibarətdir:

1) Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar – 2 327,6 ton;

2) başqa balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar -141,2 ton;

3) elmi tədqiqat və nəzarət məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 11,4 ton;

4) təhsil və maarifləndirmə məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 10,4 ton;

5) akvakultura məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 27,276 ton.

Balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsi üzrə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən su obyektlərində balıq və digər su bioresurslarının ovu üçün kvotalar bu əlavə ilə müəyyən edilmiş ümumi ov həcminə daxil edilib.

Son xəbərlər

Orphus sistemi