Azərbaycan Braziliyadan dondurulmuş mal əti alışını kəskin artırıb
- 11 aprel, 2022
- 07:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan xaricdən 1,61 milyon ABŞ dolları dəyərində 344,11 ton dondurulmuş iribuynuzlu heyvan əti alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,1 %, kəmiyyət olaraq – 27,1 % azdır.
Hesabat dövründə Ukraynadan 1,27 milyon ABŞ dolları dəyərində 265 ton, Braziliyadan 315,12 min ABŞ dolları dəyərində 78,01 ton, Argentinadan 10,92 min ABŞ dolları dəyərində 0,42 ton, Türkiyədən 4,66 min ABŞ dolları dəyərində 0,48 ton, Amerika Birləşmiş Ştatlarından 3,07 min ABŞ dolları dəyərində 0,12 ton və Lüksemburqdan 2,05 min ABŞ dolları dəyərində 0,09 ton məhsul gətirilib.
2021-ci ilin analoji dövrü ilə müqayisədə Ukraynadan tədarük müvafiq olaraq 12,3 % və 28,8 % azalıb, Braziliyadan – 2,6 dəfə və 3,4 dəfə artıb. Ötənilki yanvarda Argentinadan, Türkiyədən, Amerika Birləşmiş Ştatlarından və Lüksemburqdan dondurulmuş mal əti alınmayıb.