Azərbaycan Bolqarıstandan mal əti alışını bərpa edib
- 17 avqust, 2023
- 10:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 13,25 milyon ABŞ dolları dəyərində 3 min 229 ton iribuynuzlu heyvan əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 2,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynadan 8,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,2 dəfə çoxdur) 1 min 734 ton (+4,3 dəfə), Belarusdan 2,1 milyon ABŞ dolları dəyərində (+5 %) 481,5 ton (-2,2 %), Hindistandan 2 milyon ABŞ dolları dəyərində (+5,5 dəfə) 749 ton (+8,5 dəfə), Rusiyadan 498 min ABŞ dolları dəyərində (+79 %) 83 ton (+5,5 dəfə), Braziliyadan 369 min ABŞ dolları dəyərində (+1,4 %) 157 ton (+78 %) ət alıb.
Bolqarıstandan Azərbaycana mal əti idxalı (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) bərpa edilib. Bu ölkədən sonuncu dəfə 2017-ci ildə tədarük (85 min ABŞ dolları dəyərində 24 ton) həyata keçirilib.
2022-ci ildə Azərbaycana (21 ölkədən) idxal edilmiş 4 min 708 ton mal ətinin 49,7 %-i Ukraynanın, 19,6 %-i Hindistanın, 19,5 %-i Belarusun, 8,5 %-i Braziliyanın payına düşüb.