Azərbaycan Bolqarıstandan günəbaxan yağı idxalını bərpa edib

ASK
  • 28 iyun, 2024
  • 11:02
Azərbaycan Bolqarıstandan günəbaxan yağı idxalını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 20,94 milyon ABŞ dolları dəyərində 24 min 298 ton günəbaxan yağı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 48,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 20,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çoxdur) 23 min 872 ton (+48 %), Türkiyədən 601 min ABŞ dolları dəyərində (+93 %) 398 ton (+2,4 dəfə), Ukraynadan 22,12 min ABŞ dolları dəyərində (-85 %) 13,87 ton (-83 %), İtaliyadan 22 min ABŞ dolları dəyərində (-62 %) 11 ton (-45 %), Belarusdan 5,24 min ABŞ dolları dəyərində (+93 %) 2,98 ton (+2,4 dəfə) məhsul alıb.

Azərbaycan 5 il 3 aylıq fasilənin ardından Bolqarıstandan (0,16 min ABŞ dolları dəyərində 0,04 ton) günəbaxan yağı tədarükünü bərpa edib.

2023-cü ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 54 min 828 ton günəbaxan yağının 98,6 %-i Rusiyanın payına düşüb.