Azərbaycan Belçikaya fındıq ixracını bərpa edib

ASK
  • 01 fevral, 2024
  • 11:42
Azərbaycan Belçikaya fındıq ixracını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 111,53 milyon ABŞ dolları dəyərində 21 min 382 ton meşə fındığı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 12,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 57,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 21 % çoxdur) 11 min 625 ton (+17 %), Almaniyaya 19,6 milyon ABŞ dolları dəyərində (+24 %) 3 min 309 ton (+26,2 %), İtaliyaya 14 milyon ABŞ dolları dəyərində (-45 %) 2 min 400 ton (-42 %), İsveçrəyə 5,23 milyon ABŞ dolları dəyərində (+4,4 dəfə) 880 ton (+4,4 dəfə), Türkiyəyə 3,71 milyon ABŞ dolları dəyərində (+35 dəfə) 688 ton (+33 dəfə) məhsul satıb.

Azərbaycan 8 il 6 ayın tamamında Belçikaya (143 min ABŞ dolları dəyərində 22 ton) fındıq tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycandan (22 ölkəyə) ixrac edilmiş 21,9 min ton fındığın 52,5 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti