Azərbaycan Belçikadan meyvə ağaclarının alışını bərpa edib

ASK
  • 09 oktyabr, 2023
  • 12:58
Azərbaycan Belçikadan meyvə ağaclarının alışını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 11,83 milyon ABŞ dolları dəyərində 4 milyon 529 min ədəd ağac, kol və kolluq (yeməli bar gətirən) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 % çoxdur, kəmiyyət olaraq – 5 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 7,24 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % çoxdur) 3 milyon 105 min ədəd (+15 %), İtaliyadan 1,62 milyon ABŞ dolları dəyərində (+48 %) 319,41 min ədəd (+41%), Yunanıstandan 760 min ABŞ dolları dəyərində (-4 %) 460 min ədəd (-10 %), Niderlanddan 639,5 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 93,7 min ədəd (-65 %), Fransadan 503,3 min ABŞ dolları dəyərində (-40 %) 100,8 min ədəd (-30 %) məhsul alıb.

Azərbaycan 1 il 7 aylıq fasilənin ardından Belçikadan (391 min ABŞ dolları dəyərində 67,64 min ədəd) tədarükü bərpa edib.