Azərbaycan Belarusdan toxumluq kartof idxalını bərpa edib
- 04 noyabr, 2023
- 11:58
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 2,8 milyon ABŞ dolları dəyərində 3,9 min ton toxumluq kartof idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 62 % azdır.
Hesabat dövründə Azərbaycan Niderlanddan 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,7 dəfə çoxdur) 1,25 min ton (+5,4 dəfə), Türkiyədən 767,2 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 1,6 min ton (+2,5 dəfə), Almaniyadan 580,3 min ABŞ dolları dəyərində (-39 %) 566 ton (-42 %), Ukraynadan 135,2 min ABŞ dolları dəyərində (-74 %) 410 ton (-74 %), Qırğızıstandan 21,7 min ABŞ dolları dəyərində 21,5 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Azərbaycan 5 il 1 aylıq fasilənin ardından Belarusdan (14 min ABŞ dolları dəyərində 42 ton) toxumluq kartof tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (7 ölkədən) idxal edilmiş 37 min 961 ton toxumluq kartofun 71,2 %-i Rusiyanın payına düşüb.