Azərbaycan Belarusdan süd və qaymaq alışını kəskin artırıb

ASK
  • 09 oktyabr, 2023
  • 10:38
Azərbaycan Belarusdan süd və qaymaq alışını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 14,81 milyon ABŞ dolları dəyərində 7 min 66 ton süd və qaymaq idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 58,4 %, kəmiyyət olaraq – 23 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 6,34 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 98 % çoxdur) 3 min 159 ton (+51,4 %), Belarusdan 4 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 1 min 941 ton (+76 %), Rusiyadan 1,65 milyon ABŞ dolları dəyərində (+19,4 %) 920 ton (-21 %), Ukraynadan 1,36 milyon ABŞ dolları dəyərində (+53 %) 518 ton (+53 %), Türkiyədən 845 min ABŞ dolları dəyərində (-40 %) 367 ton (-58 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (23 ölkədən) idxal edilmiş 10 min ton süd və qaymağın 34,2 %-i İranın, 23,2 %-i Belarusun, 16,1 %-i Rusiyanın,14,6 %-i Türkiyənin payına düşüb.

44 filmi