Azərbaycan-Belarus birgə müəssisəsi Türkiyədə traktor istehsal edəcək

Azərbaycan-Belarus birgə müəssisəsi Türkiyədə traktor istehsal edəcək Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan və Belarusun iş adamları Türkiyədə traktor istehsalı ilə məşğul olacaq zavod açmağa hazırlaşırlar.
ASK
146
19 Noyabr , 2018 10:21
Azərbaycan-Belarus birgə müəssisəsi Türkiyədə traktor istehsal edəcək
Report
0 : 00
0 : 00

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan və Belarusun iş adamları Türkiyədə traktor istehsalı ilə məşğul olacaq zavod açmağa hazırlaşırlar. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 11-ci iclasından əvvəl bildirib.

O, Azərbaycan-Belarus birgə müəssisənin gələn ilin I rübündən istehsala başlayacağını qeyd edib: "Traktor zavodu ilə bağlı işlər hazırda son mərhələdədir. Gələn ilin I rübünün sonuna qədər ilk yığımı həyata keçirməyi planlaşdırırıq. Zavodda ilkin mərhələdə ildə 2 500 ədəd traktor yığılacaq. Tədricən bu rəqəm 5 000-ə çatdırılacaq". 

Son xəbərlər

Orphus sistemi