Azərbaycan BƏƏ-yə alma ixracını 60 dəfə artırıb
- 03 iyul, 2024
- 10:53
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 20,3 milyon ABŞ dolları dəyərində 30 min 525 ton alma ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 11 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 17,53 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % çoxdur) 26 min ton (+1,4 %), Özbəkistana 1,1 milyon ABŞ dolları dəyərində (+7 dəfə) 1 min 226 ton (+6 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 725 min ABŞ dolları dəyərində (+40 dəfə) 1 min 293 ton (+60 dəfə), Qazaxıstana 533 min ABŞ dolları dəyərində (+33 %) 1 min 300 ton (+13 %), Qətərə 181 min ABŞ dolları dəyərində 215 ton (bir il əvvəl tədarük olmayıb) alma satıb.
2023-cü ildə Azərbaycandan 16 ölkəyə ixrac edilmiş 91 min 229 ton almanın 87,2 %-i Rusiyanın payına düşüb.