​Azərbaycan Avropa İttifaqı ilə "Torpaqların konsolidasiyası və iri fermer təsərrüfatlarının yaradılması"nı müzakirə edir

​Azərbaycan Avropa İttifaqı ilə "Torpaqların konsolidasiyası və iri fermer təsərrüfatlarının yaradılması"nı müzakirə edir Beynəlxalq proqram çərçivəsində ikigünlük seminar keçirilir
ASK
7 İyul , 2015 16:18
​Azərbaycan Avropa İttifaqı ilə Torpaqların konsolidasiyası və iri fermer təsərrüfatlarının yaradılmasını müzakirə edir

Bakı. 7 iyul. REPORT.AZ/ İyulun 7-8-də Avropa İttifaqı (Aİ) Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) Proqramı və Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Torpaqların konsolidasiyası və iri fermer təsərrüfatlarının yaradılması” mövzusunda ikigünlük seminar keçirilir.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, seminarın əsas məqsədi potensial benefisiar qurumlar və digər tərəfdaşlara Aİ standartlarına uyğunlaşmaq üçün torpaqların konsolidasiyası və aqrar torpaq bazarının təşkili sahələrində Aİ-nin qaydaları ilə tanış olmaq və müxtəlif Aİ-yə üzv dövlətlərin ən yaxşı təcrübələrini öyrənməkdir.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov Aİ ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlığa önəm verildiyini, belə tədbirlərin nazirliyin təsdiq edilmiş tədbirlər planının tərkib hissəsi olduğunu, torpaqların konsolidasiyasının və iri fermer təsərrüfatlarının yaradılmasında bu seminarın əhəmiyyətini vurğulayıb.

Seminarda Azərbaycanda bu sahədə mövcud vəziyyət, torpaqların konsolidasiyası məsələsinin Aİ-nin kənd yerlərinin inkişafı siyasətlərində təcəssümü və torpaqların konsolidasiyası ilə Vahid Kənd Təsərrüfatı Siyasəti arasında əlaqə, Torpaqların konsolidasiyası tədbirlərinin ən yaxşı təcrübələrinin Aİ-nin üzv dövlətlərinin aqrar inkişaf proqramlarında təcəssümü, Aİ üzv ölkələrində torpaq konsolidasiya prosesləri üsulları, Litvadan xüsusi nümunə, Avropada torpaq bankları və onların fəaliyyət mexanizmləri, aqrar torpaq bazarı və Aİ-na üzv dövlətlərdə torpaqların yenidən formalaşdırılması və təsərrüfat strukturlarının nizamlanması vasitəsilə torpaq parçalanmasını aradan qaldırmaq, torpaqların tərk edilməsinin qarşısını alan siyasət nümunələri və s. mövzular üzrə çıxışlar dinlənilib və müzakirələr aparılıb.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət qurumlarının, Aİ-yə üzv dövlətlərin səfirliklərinin, beynəlxalq təşkilatların və fondların nümayəndələri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi