Azərbaycan arpa idxalını kəskin azaldıb
- 26 fevral, 2022
- 12:22
Azərbaycana bu ilin yanvar ayında 140 ton arpa idxal edilib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə arpanın dəyəri 51 min ABŞ dolları təşkil edib.
Məlumata görə, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsində 4 625 ton (34 dəfə), dəyər ifadəsində isə 826 min ABŞ dolları (17,2 dəfə) azdır.
Arpa idxalı Azərbaycanın ümumi idxalının 0,11 %-ini təşkil edib.
Xatırladaq ki, 2021-ci il mövsümündə Azərbaycanda 373,7 min hektar əkin sahəsindən 1 146,7 ton məhsul yığılıb. Bu, 2020-ci illə müqayisədə 12,4 % çoxdur.
2022-ci ilin məhsulu üçün 1 milyon 015,9 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib ki, bunun da 602,1 min hektarı (59,3 %-i) buğda, 413,6 min hektarı (40,7 %-i) arpa və 0,2 min hektarı (0,02 %-i) çovdar təşkil edib.