Azərbaycan Aqrar Universiteti müdafiə edənləri və tələbələri necə həvəsləndirir?

Azərbaycan Aqrar Universiteti müdafiə edənləri və tələbələri necə həvəsləndirir? Azərbaycan Dövlət Aqrar Universitetində 30 yaşa qədər və 30 yaşında müdafiə edən fəlsəfə doktorlarının hər birinə 3 000 manat, onun elmi rəhbərlərinə 2 000 manat verilir.
ASK
13 Yanvar , 2022 17:43
Azərbaycan Aqrar Universiteti müdafiə edənləri və tələbələri necə həvəsləndirir?

Azərbaycan Dövlət Aqrar Universitetində 30 yaşa qədər və 30 yaşında müdafiə edən fəlsəfə doktorlarının hər birinə 3 000 manat, onun elmi rəhbərlərinə 2 000 manat verilir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında universitetin rektoru İbrahim Cəfərov deyib.

Onun sözlərinə görə, 50 yaş və bu yaşadək elmlər doktoru namizədliyini müdafiə edib təsdiqini alanlara birdəfəlik 10 min manat yardım köçürülür:" Bu güzəştlər Azərbaycan Dövlət Aqrar Universitetində müdafiə edib, təsdiqini alan hər bir kəsə şamil olunur".

İ.Cəfərov bildirib ki, artıq 3 ildən artıqdır ki, Aqrar Universitetə yüksək balla daxil olan tələbələrə dövlət təqaüdünə əlavə olaraq həvəsləndirici təqaüdlər verilir.

"Universitetə marağın artırılması məqsədilə bir çox tədbirlər görülür. Xüsusilə də tələbələr üçün bizdə bir çox təşəbbüslər həyata keçirilir. Belə ki, Universitetə 500 baldan çox bal toplayaraq daxil olan tələbələrə 250 manat təqaüd verilir. 400 baldan yuxarı bal toplayaraq qəbul olunanlara isə 150 manat verilir. İlbəil bu təqaüdlər daha da artırılır.

Bu proses o müddətə qədər davam edəcək ki, həmin tələbələr əlaçı olsunlar. Xüsusilə qeyd edirəm ki, bu təqaüd dövlətin verdiyi təqaüddən ayrıdır. Heç bir tələbənin təqaüdü də gecikmir".

Son xəbərlər

Orphus sistemi