Azərbaycan 5 ölkədən mal-qara idxal etməyə başlayıb
- 19 mart, 2024
- 10:41
Ötən il Azərbaycan 19,43 milyon ABŞ dolları dəyərində 5 min 653 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 28 % azdır.
Hesabat dövründə Azərbaycan Uruqvaydan 6,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % azdır) 2 min ədəd (-37 %), Avstriyadan 3,1 milyon ABŞ dolları dəyərində (-13 %) 856 ədəd (-21 %), Estoniyadan 2,96 milyon ABŞ dolları dəyərində (-20 %) 818 ədəd (-31 %), Almaniyadan 2,3 milyon ABŞ dolları dəyərində (+22 %) 674 ədəd (+3,4 %), Danimarkadan 2,12 milyon ABŞ dolları dəyərində 628 ədəd (bir il əvvəl tədarük olmayıb) mal-qara alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikadan (6,8 min ABŞ dolları dəyərində 2 ədəd), İtaliyadan (487 min ABŞ dolları dəyərində 144 ədəd), Rumıniyadan (418 min ABŞ dolları dəyərində 97 ədəd), Latviyadan (144 min ABŞ dolları dəyərində 34 ədəd) və Slovakiyadan (54 min ABŞ dolları dəyərində 16 ədəd) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana 10 ölkədən idxal edilmiş 7 min 881 ədəd mal-qaranın 40,6 %-i Uruqvayın, 15 %-i Estoniyanın, 13,7 %-i Avstriyanın, 11,5 %-i Türkiyənin payına düşüb.