Azərbaycan 4 ölkəyə fındıq ixracını bərpa edib

ASK
  • 06 mart, 2024
  • 11:38
Azərbaycan 4 ölkəyə fındıq ixracını bərpa edib

2023-cü ildə Azərbaycan 123 milyon ABŞ dolları dəyərində 23 min 397 ton meşə fındığı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 7 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 63,5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 17 % çoxdur) 12 min 668 ton (+10 %), Almaniyaya 22,2 milyon ABŞ dolları dəyərində (+14 %) 3 min 674 ton (+12 %), İtaliyaya 15,7 milyon ABŞ dolları dəyərində (-41%) 2 min 664 ton (-38 %), İsveçrəyə 6 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 1 min ton (+2,9 dəfə), Türkiyəyə 3,7 milyon ABŞ dolları dəyərində (+35 dəfə) 688 ton (+33 dəfə) məhsul satıb.

Azərbaycan 9 il 2 ayın tamamında İsrailə (110 min ABŞ dolları dəyərində 20 ton), 8 il 6 aylıq aradan sonra Belçikaya (143 min ABŞ dolları dəyərində 22 ton), 3 il 1 aylıq fasilənin ardından Estoniyaya (114,4 min ABŞ dolları dəyərində 22 ton) və 2 il 1 aydan sonra Ukraynaya (171,4 min ABŞ dolları dəyərində 33 ton) fındıq tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycandan (22 ölkəyə) ixrac edilmiş 21,9 min ton fındığın 52,5 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti