Azərbaycan 4 ölkədən bal alışını bərpa edib

ASK
  • 10 mart, 2022
  • 12:20
Azərbaycan 4 ölkədən bal alışını bərpa edib

Ötən il ərzində Azərbaycana xaricdən 676,88 min ABŞ dolları dəyərində 134,19 ton təbii bal gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki illə müqayisədə idxal dəyər ifadəsində 41,3 %, kəmiyyət olaraq – 9,2 % artıb.

Rusiyadan 278,28 min ABŞ dolları dəyərində 55,6 ton, Türkiyədən 210,45 min ABŞ dolları dəyərində 31,61 ton, İrandan 113,15 min ABŞ dolları dəyərində 38,58 ton, İspaniyadan 33,76 min ABŞ dolları dəyərində 3,48 ton, Almaniyadan 17,03 min ABŞ dolları dəyərində 1,89 ton məhsul alınıb.

Əvvəlki ilin analoji dövrü ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 2,1 dəfə və 2 dəfə artıb, Türkiyədən – 19,8 % və 0,5 % artıb, İrandan – 0,6 % və 31,6 % azalıb, Almaniyadan – 16,4 % və 18,2 % azalıb. Bir il 11 aylıq fasilənin ardından Fransadan, 3 il 6 aylıq aradan sonra İspaniyadan, 5 il 7 ayın tamamında Meksikadan, 9 il 3 aydan sonra Çindən bal tədarükü bərpa edilib. Bu ölkələrdən müvafiq olaraq 1,17 min ABŞ dolları dəyərində 0,03 ton, 33,76 min ABŞ dolları dəyərində 3,48 ton, 5,53 min ABŞ dolları dəyərində 1 ton və 4,41 min ABŞ dolları dəyərində 0,88 ton məhsul alınıb.

Hesabat dövründə Azərbaycandan xaricə 6,66 min ABŞ dolları dəyərində 0,51 ton təbii bal göndərilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,7 % və 75,9 % artıb. Balın 4,1 min ABŞ dolları dəyərində 0,16 tonu təyin olunmayan ölkəyə, 1,07 min ABŞ dolları dəyərində 0,09 tonu Birləşmiş Ərəb Əmirliklərinə, 0,76 min ABŞ dolları dəyərində 0,05 tonu Qazaxıstana, 0,69 min ABŞ dolları dəyərində 0,21 tonu Rusiyaya, 0,05 min ABŞ dolları dəyərində 0,01 tonu Yaponiyaya satılıb.