Azərbaycan 3 ölkəyə pomidor satışını bərpa edib

ASK
  • 08 sentyabr, 2023
  • 11:36
Azərbaycan 3 ölkəyə pomidor satışını bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 120,73 milyon ABŞ dolları dəyərində 108 min 118 ton pomidor ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 % azdır, kəmiyyət olaraq – 2,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 116,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 5 % azdır) 105 min 855 ton (+2,8 %), Belarusa 2,24 milyon ABŞ dolları dəyərində (-40 %) 953,55 ton (-55 %), Polşaya 1,3 milyon ABŞ dolları dəyərində (+5,3 dəfə) 882 ton (+5,4 dəfə), Ukraynaya 299 min ABŞ dolları dəyərində (+34 %) 374 ton (+27 %), Moldovaya 28,2 min ABŞ dolları dəyərində 35,2 ton məhsul satıb.

Azərbaycan 1 il 8 ayın tamamında Qətərə (1,3 min ABŞ dolları dəyərində 0,5 ton), 1 il 3 aylıq fasilənin ardından Qazaxıstana (12,4 min ABŞ dolları dəyərində 15,5 ton) və 1 il 5 aydan sonra Moldovaya pomidor tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycandan (11 ölkəyə) ixrac edilən 141,42 min ton pomidorun 97,3 %-i Rusiyanın payına düşüb.