Azərbaycan 2 ölkədən tərəvəz toxumu idxalını bərpa edib

ASK
  • 18 avqust, 2022
  • 05:50
Azərbaycan 2 ölkədən tərəvəz toxumu idxalını bərpa edib

Bu ilin ilk 6 ayı ərzində Azərbaycana xaricdən 6,061 milyon ABŞ dolları dəyərində 68,92 ton tərəvəz toxumu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,4 % azdır, kəmiyyət olaraq – 2 dəfə çoxdur.

Hesabat dövründə Perudan 959,8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 47,7 % azdır) 0,04 ton (-43 %), Fransadan 952,61 min ABŞ dolları dəyərində (+4,1 dəfə) 10,68 ton (+7,3 dəfə), Qvatemaladan 832 min ABŞ dolları dəyərində (+99 dəfə) 0,01 ton (dəyişməyib), Türkiyədən 751,2 min ABŞ dolları dəyərində (-55 %) 11,8 ton (+85 %), Braziliyadan 553,86 min ABŞ dolları dəyərində (+5,5 dəfə) 0,03 ton (-88 %) məhsul alınıb.

Altı il 11 aylıq fasilənin ardından Boliviyadan, bir ilin tamamında Almaniyadan tədarük bərpa edilib. Bu ölkələrdən müvafiq olaraq 1,1 min ABŞ dolları dəyərində 0,01 ton və 9,15 min ABŞ dolları dəyərində 1,92 ton tərəvəz toxumu alınıb.

44 - Tezliklə