Avropadakı əsas tədarükçülər Azərbaycandan fındıq alışını kəskin artırıb
- 03 avqust, 2022
- 10:54
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-may aylarında Azərbaycandan xaricə 53,76 milyon ABŞ dolları dəyərində 9 min 576 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 39,4 %, kəmiyyət olaraq – 50 % çoxdur.
İtaliyaya 23,456 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 4,1 dəfə artıb) 3 min 762 ton (+4,4 dəfə), Rusiyaya 15,685 milyon ABŞ dolları dəyərində (-27,1 %) 2 min 935 ton (-17,5 %), Almaniyaya 10,084 milyon ABŞ dolları dəyərində (+58 %) 1 min 597 ton (+79 %), Qazaxıstana 1,481 milyon ABŞ dolları dəyərində (+86 %) 629 ton (+70,5 %), Lüksemburqa 744 min ABŞ dolları dəyərində (+13 %) 120 ton (+20 %) məhsul ixrac edilib.
Qeyd edək ki, ötən il Azərbaycandan xaricə (18 ölkəyə) göndərilən 19,5 min ton meşə fındığının 44,2 %-i Rusiyanın, 28,2 %-i İtaliyanın, 13,1 %-i Almaniyanın payına düşüb.