Nazir müavini: "Azərbaycanın ixrac coğrafiyası genişlənib"

Nazir müavini: "Azərbaycanın ixrac coğrafiyası genişlənib" Arıçılıq sahəsinin inkişafı aqrar sektorda məşğulluğu artıra bilər.
ASK
122
28 Sentyabr , 2019 10:50
Nazir müavini: Azərbaycanın ixrac coğrafiyası genişlənib

"Arıçılıq sahəsinin inkişafı aqrar sektorda məşğulluğu artıra bilər".

"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasının açılış mərasimində Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

Onun sözlərinə görə, arıçılıq Azərbaycanın qədim ənənələrinə malik peşə sahəsidir: "Ölkəmizin aqrar sektorun inkişafında arıçılığın özünəməxsus yeri var. Son iki ildə arıçılıq sahəsində mühüm yeniliklər olub. Arı ailələrin sayı beş yüz üç minə çatıb". 

Nazir müavini vurğulayıb ki, ötən il 5-6 ton bal ixrac edilib:"Bu il isə balın ixracı 8 tondan çox olub və ixrac coğrafiyası genişlənib. Biz arıçılıq məhsullarının ixrac coğrafiyasını daha da genişləndirə bilərik". 

S.Talıbov əlavə edib ki, arıçılığın yem təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi