"Aqrolizinq" builki taxıl biçinində ilkin mərhələdə sahəsi 50 hektardan az olan fermerlərə xidmət göstərəcək

"Aqrolizinq" builki taxıl biçinində ilkin mərhələdə sahəsi 50 hektardan az olan fermerlərə xidmət göstərəcək Kənd Təsərrüfatı Nazirlyində iri taxılçılıq təsərrüfatlarının və aqroparkların nümayəndələri ilə görüş keçirilib.
ASK
17 Aprel , 2019 10:20
Aqrolizinq builki taxıl biçinində ilkin mərhələdə sahəsi 50 hektardan az olan fermerlərə xidmət göstərəcək

Kənd Təsərrüfatı Nazirlyində iri taxılçılıq təsərrüfatlarının və aqroparkların nümayəndələri ilə görüş keçirilib. 

"Report" nazirliyə istinadən xəbər verir ki, görüş nazir müavini İlham Quliyevin sədrliyi ilə baş tutub. 

Görüşdə əsasən taxıl biçininə hazırlıq, kombayn və texnikalarla təminat məsələləri müzakirə olunub. İştirakçıların diqqətinə çatdırılıb ki, builki taxıl biçinində "Aqrolizinq” ASC-nin balansında olan kombayn və texnikalar vasitəsilə ilk növbədə 50 hektardan az sahəsi olan fermerlərin taxıl sahələri biçiləcək. Yalnız bundan sonra iri taxılçılıq təsərrüfatlarına xidmət göstəriləcək. Görüşdə aqropark nümayəndələrinə lizinq yolu ilə kombayn əldə etmək tövsiyə olunub.

Tədbirdə vurğulanıb ki, iri taxılçılıq təsərrüfatları hazırda Azərbaycanda kənd təsərrüfatı texnikasının satışı ilə bağlı mövcud olan yeni qaydalara əsasən dövlət tərəfindən 40% güzəşt tətbiq olunmaqla, 20% ilkin ödəniş əsasında, yerdə qalan hissəni isə uzunmüdətli, faizsiz kredit əsasında “Aqrolizinq” və yaxud özlərinin istədikləri təchizatçı şirkətlərdən əldə edə bilərlər.

Görüşün sonunda iri taxılçılıq təsərrüfatlarının təmsilçiləri ilə bu mövzu ətrafında fikir mübadiləsi aparılıb, onların sualları ətraflı cavablandırılıb. 

Son xəbərlər

Orphus sistemi