“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinə təyinat olub

“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinə təyinat olub Bakı. 17 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı fərmanla Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində yaradılmış “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinin icrası Nazirliyin Aparat rəhbəri Aqil Quliyevə tapşırılıb.
ASK
36641
17 Dekabr , 2018 16:26
“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinə təyinat olub

Bakı. 17 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı fərmanla Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində yaradılmış “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinin icrası Nazirliyin Aparat rəhbəri Aqil Quliyevə tapşırılıb.

“Report” xəbər verir ki, bu barədə KTN-nin  İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov bildirib.

Qeyd edək ki, Aqil Quliyev bu ilin sentyabr ayından aparat rəhbəri vəzifəsində çalışır. Bundan əvvəl isə o, Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri olub. 

“Aqrar Tədarük və Təchizat” ASC ləğv edilmiş “Ərzaq məhsullarının təchizatı və tədarükü” ASC-nin hüquqi varisidir. Bu qurumun rəhbəri Əbülfət Qocayev olub. 

Son xəbərlər

Orphus sistemi