Aqrar Kredit və İnkişaf Agentliyinin hüquq və öhdəlikləri artırılıb

Aqrar Kredit və İnkişaf Agentliyinin hüquq və öhdəlikləri artırılıb Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) hüquq və öhdəlikləri artırılıb.
ASK
17 Avqust , 2020 14:30
Aqrar Kredit və İnkişaf Agentliyinin hüquq və öhdəlikləri artırılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) hüquq və öhdəlikləri artırılıb.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı, Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanında öz əksini tapıb.

Sənədə əsasən, adı “Aqroservis”ə dəyişdirilmiş səhmdar cəmiyyətrinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri AKİA-ya ötürülüb.

Xatırladaq ki, “Aqroservis” kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.

Son xəbərlər

Orphus sistemi