Anar Cəfərov: "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi hakerlər üçün maraq kəsb etmir"

Anar Cəfərov: "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi hakerlər üçün maraq kəsb etmir" Azərbaycanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi indiyədək hər hansı bir təhlükə və ya hücuma məruz qalmayıb.
ASK
22 Sentyabr , 2022 13:18
Anar Cəfərov: Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi hakerlər üçün maraq kəsb etmir

Azərbaycanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi indiyədək hər hansı bir təhlükə və ya hücuma məruz qalmayıb.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Konfrasında çıxış edən Aqrar Elm və İnnovasiyalar Mərkəzinin Aqrar innovasiya siyasətinin təşkili şöbəsinin müdiri Anar Cəfərov bildirib.

"Ola bilsin ki, hakerlər üçün bizim sahə hələlik heç bir maraq kəsb etmir. Lakin biz çox yaxşı başa düşürük ki, dövlətin mühüm strateji sahəsini təmsil edirik", - A.Cəfərov deyib.

O, sistemin özəllikləri və əhəmiyyəti haqqında məlumat verərkən bildirib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində minlərlə texnika satışı ilə məşğul olan şirkətlər, gübrənin istehsalını və satışını icra edən şirkətlər və digər təchizatçılar qeydiyyatdan keçib:

"Bu sistem vasitəsilə satış həyata keçirildikdə məhsullar qanunvericiliklə tənzimlənən standartlara cavab verir. Bu o deməkdir ki, fermerlər yoxlanılmış texnikadan, dərmanlardan istifadə etdikdə daha sağlam qida tədarük edirlər.

Bu, istehlakçılar üçün müsbət hal olmaqla yanaşı, həm də biznes üçün yeni imkanlar açır. Nazirlik üçün bu sistemin müsbət tərəfi isə bütün datalardan xəbərdar olmasıdır”.

Son xəbərlər

Orphus sistemi