AKİA ilə Mediasiya Şurası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AKİA ilə Mediasiya Şurası arasında əməkdaşlıq müqaviləsi imzalanıb Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında razılaşma imzalanıb.
ASK
17 İyun , 2022 13:06
AKİA ilə Mediasiya Şurası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında razılaşma imzalanıb.

"Report" xəbər verir ki, bu barədə AKİA məlumat yayıb.

Bildirilir ki, imzalanma mərasimində çıxış edən AKİA-nın sədri Seymur Mövlayev və Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov qurumlar arasında imzalanan sənədin əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, bu sənəd tərəflərin öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı və faydalı əməkdaşlığı, fəaliyyətlərin koordinasiyasını nəzərdə tutur.

İki qurum arasında əldə olunan razılığa əsasən agentliyin fəaliyyət istiqamətləri üzrə tərəfdaşlar arasında yaranmış mübahisələrin uğurlu həlli və nəticəyönümlü olması, potensial mübahisə tərəflərinin maarifləndirilməsi məqsədilə davamlı birgə layihələr reallaşdırılacaq. Həmçinin, bu əməkdaşlıq mübahisələrin mediasiya yolu ilə həllinin təşviq edilməsinə, cəmiyyət üçün aktual olan məsələlərin birgə müzakirəsi və həll edilməsi istiqamətində korporativ sosial məsuliyyətin formalaşmasına şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi