Yuxarı

Ukraynalı ekspert: "Kiyev Bakı ilə enerji sahəsində əməkdaşlığını inkişaf etdirmək niyyətindədir" - ŞƏRH

​Ukraynalı ekspert: "Kiyev Bakı ilə enerji sahəsindəki əməkdaşlığını i

"Rəsmi Kiyev Ukraynanın enerji təhlükəsizliyini təmin etmək məqsədilə Bakı ilə enerji sahəsindəki əməkdaşlığın genişləndirilməsində maraqlıdır".

Bunu "Report"a Ukrayna Analitik Mərkəzinin direktoru, hüquq elmləri doktoru Aleksandr Oxrimenko Ukrayna Prezidenti Vladimir Zelenskinin Bakıya səfərinin yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Ukrayna ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin əsas komponenti energetika sektorudur.

"Azərbaycanda neft, Ukraynada isə neft emalı zavodları var. Ukrayna və Azərbaycan iqtisadiyyatları üçün neftin Azərbaycandan Ukraynaya çatdırılması, burada neft məhsullarının emal edilməsi və bir hissəsinin Ukraynada satılması faydalı olardı", - A.Oxrimenko bildirib.

Ekspert hesab edir ki, Ukrayna ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi Ukraynaya enerji bazarındakı maraqlarını qorumağa imkan verəcək.

"Bundan əlavə, Ukraynanın Avropa İttifaqı ilə assosiasiya sazişi var və Azərbaycan neftindən istehsal olunan benzini rüsumsuz ora tədarük edə bilərik", - deyə A.Oxrimenko əlavə edib.

O həmçinin qeyd edib ki, Ukrayna Azərbaycan neftini inşası tamamlanmış Odessa-Brodı boru kəməri ilə də xarici bazarlara çıxara bilər və bu, hər iki ölkə üçün faydalı olar.

Ukraynalı ekspert vurğulayıb ki, Ukraynadan Azərbaycana "An" təyyarələrinin tədarükü üzrə maraqlı layihə də var: "Özü də bu təyyarələr azərbaycanlı pilotlara yaxşı tanışdır və digər modellərə nisbətən onlardan istifadə etmək daha asandır".

Əməkdaşlığın siyasi komponenti barədə danışan A.Oxrimenko hər iki tərəfin bir-birini dəstəklədiyini və bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını, bunun da Azərbaycan və Ukraynanı yaxınlaşdırdığını vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi