Tofiq Abbasov: "Nikol Paşinyan Ermənistandakı vəziyyətə nəzarət edə bilmir" - ŞƏRH

Tofiq Abbasov: "Nikol Paşinyan Ermənistandakı vəziyyətə nəzarət edə bilmir" - ŞƏRH Ermənistanın baş naziri Nikol Paşinyanın mürəkkəb vəziyyətə baxmayaraq, “inqilaba davam” barədəki bəyanatları ölkədə mövcud olan qeyri-sabit vəziyyəti daha da dərinləşdirir.
Analitika
20 May , 2019 16:12
Tofiq Abbasov: Nikol Paşinyan Ermənistandakı vəziyyətə nəzarət edə bilmir - ŞƏRH
Tofiq Abbasov

Ermənistanın baş naziri Nikol Paşinyanın mürəkkəb vəziyyətə baxmayaraq, “inqilaba davam” barədəki bəyanatları ölkədə mövcud olan qeyri-sabit vəziyyəti daha da dərinləşdirir.

Bu barədə "Report"a politoloq Tofiq Abbasov bildirib.

“Paşinyan hakimiyyəti zəifdir, ölkədəki vəziyyətə nəzarət etmir. Vəziyyəti ələ alaraq qanunun gücünə arxalanmaq üçün əlində hüquqi mexanizmlər olmayan Paşinyan mürəkkəb vəziyyətə düşdüyünü görən kimi xalqı və tərəfdarlarını məhkəmə binalarını ələ keçirməyə çağırır. Çox səciyyəvi haldır ki, bir qədər çətinə düşən kimi Paşinyan “inqilaba davam” şüarını səsləndirir”, - deyən politoloqun dediyinə görə, bununla belə Paşinyan “inqilab”ının məqsəd və məramları o qədər dumanlı və müəmmalıdır ki, ölkədəki sabitsizlik daimi hala çevrilib.

Ekspertin fikrincə, vəziyyəti düzəltmək üçün Ermənistanın bütün bəlalarının Qarabağın işğalından qaynaqlandığını gözəl dərk edən, lakin Azərbaycanla barışmaq istiqamətində addım atmaq üçün iradəsi çatmayan milli elitanın hansı məqsəd və vəzifələrə qulluq etdiyini müəyyənləşdirməsi zəruridir: “Mənə elə gəlir ki, bu yerdə hakim elitanı arxayınlaşdırmağa, başını qatmağa davam edən Qarabağ klanının, separatçı güruhunun dağıdıcı gücü də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan torpaqlarında yuva qurmuş bu separatçılar dəstəsi daim barıt çəlləyi rolunu oynayacaq. Odur ki, məsələ kökdən həll olunmalıdır”.

Politoloq qeyd edib ki, Ermənistanın milli elitasındakı sağlam və mötədil qruplar separatçıları yerində oturdaraq erməni dövlətçiliyinin gələcəyi üçün yol açmalıdır.

“Köçəryan azadlıqda olduğundan araqarışdıran rolunu oynayacağı şəksizdir. Çox güman ki, köhnə silahdaşlarına, köhnə imkanlarına arxalanaraq hakimiyyəti yenidən ələ almağa çalışacaq. Paşinyan və tərəfdarları yeni dövlət çevrilişinin, yaxud 1995-ci ildə parlamentdəki hadisəyə bənzər terror hücumlarının qarşısını alaraq ölkədəki vəziyyəti nəzarətə götürməyə qadirdirlər. Lakin bütün bu qəsdlərə qəti son qoyulmasa, Qarabağdakı separatçı mafiyanın milli elitaya qarşı müharibəsi onsuz da proqnozlaşdırılmayan bu ölkədəki işləri daha da acınacaqlı hala gətirəcək”, - ekspert fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi