Yuxarı

Serj ​Sarqsyanı kimlər və niyə danışdırır - ŞƏRH

Ermənistan prezidenti Sən qorxaqsan, sən qulsan, sən ermənisən deyən Puşkinə yenə rəhmət oxutdurdu

Bakı. 28 sentyabr. REPORT.AZ/ Dünyada erməniləri türklər və ruslar qədər yaxşı tanıyan başqa bir etnosun varlığına heç inanmıram.

Biz türklər tarixin bütün mərhələlərində və müxtəlif şəraitlərdə ermənilərə yüzlərlə ad qoymuşuq. Ermənilər isə zamanla bu adları öz davranışları ilə təsdiqləyiblər. İndi həmin adlara qiymət vermək və erməniləri o formada çağırmaq istəməzdik. Ancaq onları bölgə üçün bir problemə çevirən Rusiyanın dahi ədibi A.S.Puşkinin "Tazit" poemasında dediyi bir ifadəni yada salmaq yerinə düşər: "Sən qorxaqsan, sən qulsan, sən ermənisən".

Bu ifadə Ermənistanın indiki prezidenti Serj Sarqsyanı bütünlüklə xarakterizə edir.

Ötən həftənin sonunda "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsidir" bəyanatını verməsəydi, heç bu ifadəni yada salmazdıq.

Ona Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev cavab verib: "BMT Baş Assambleyasının 70-ci sessiyası və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyilə münaqişənin həlli ilə əlaqədar Nyu-Yorkda danışıqların aparıldığı dövrdə Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinin pozulması və ərazilərinin ilhaq edilməsinə dair bu cür məsuliyyətsiz bəyanatı beynəlxalq hüquq, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, danışıqlar prosesi və beynəlxalq ictimaiyyətə qarşı hörmətsizliyin, özbaşınalıq və cəzasızlıq sindromunun ən ifrat nümunəsidir. Bu bəyanat açıq şəkildə beynəlxalq hüquqi və siyasi məsuliyyət ehtiva edir".

Ən təəccüblüsü və gülünc olanı isə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın azərbaycanlı həmkarı Elmar Məmmədyarovla həmin gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənizmlənməsi ilə bağlı danışıq aparmasıdır.

S.Sarqsyanın bu boşboğazlığından bir gün öncə, sentyabrın 24-də Ermənistan parlamentinin deputatı Qaqik Melikyan Yerevanda keçirdiyi mətbuat konfransında Allaha yalvararaq deyib: "Allah eləsin, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutsun. Əgər bu görüş baş tutsa, onda artıq münaqişənin həlli istiqamətində irəliləyiş olacaq".

Bu, Ermənistan hakimiyyətinin münaqişənin həllinə dağınıq münasibətidir. Başqa sözlə, bu bəyanat Ermənistandakı mövcud ictimai-siyasi, iqtisadi vəziyyətin təzahürüdür.

Qeyd edək ki, bir neçə aydır ölkədə elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir. Həmin aksiyalarda Serj Sarqsyanın istefası tələbi də irəli sürülürdü. Nəzərə almaq lazımdır ki, etirazçıların tələbləri hələ də yerinə yetirilməyib və zaman-zaman bununla bağlı aksiyalar keçirilir. 

Digər tərəfdən, Ermənistanda konstitusiya islahatının həyata keçirilməsi ölkə gündəliyinin aparıcı mövzularındandır. 2016-cı ildə isə ölkədə parlament seçkiləri keçiriləcək.

Məlum olduğu kimi, Sarqsyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini havadarlarının yardımı ilə işğal edən müharibə partiyasının təmsilçisidir. Görünür, son zamanlar Rusiyanın mövcud münaqişənin həlli istiqamətində Azərbaycan və Türkiyə tərəfi ilə apardığı danışıqlar və onunla bağlı verdiyi bəyanatlar, habelə bölgəyə sülhməramlıların yerləşdirilməsinə dair söz-söhbətlər və s. onu narazı daxili auditoriyanı sakitləşdirib, ölkə əhalisini öz, yaxud Qarabağ klanı ətrafında birləşdirmək cəhdidir.

Onu da ehtimal etmək olar ki, Sarqsyan bu yolla həm də Moskvaya "planlarını pozaram" deyə naz eləyir. Çünki Dağlıq Qarabağdakı ermənilər də mövcud üzücü prosesə artıq dözməkdə çətinlik çəkirlər. Bu bəyanatın onları sakitləşdirmək məqsədilə verildiyini də ehtimal etmək olar.

Beynəlxalq hüquq normalarını pozan çıxış, bununla da Ermənistanın işğalçı olduğunu təsdiqləyən bəlli bəyanat Serj Sarqsyan hakimiyyətinin vəziyyətinin ağır olduğunu göstərən amillərdən sayıla bilər. O, bununla həm də Moskvanı təhdid edərək, təzyiqlərin böyük bir hissəsini Kremlə doğru yönəldir. Çünki Yerevan bu sayaq bəyanatı arxasında duran olmadan özbaşına verə bilməz.

Sadəcə, Ermənistanın nə indki, nə də əvvəlki hakimiyyətlərinin özbaşına belə addımlar atması imkansız olub və bu vəziyyət indi də davam edir. Onda belə qənaətə gəlmək olar ki, Moskva da rəsmi Bakı ilə açıqlanan bəyanatlarındakı kimi münaqişənin həllində maraqlı deyil. Bu səbəbdən də "bəyanatı" Kremlin Sarqsyan vasitəsilə Azərbaycana yeni təzyiqinin tərkib hissəsi də saymaq olar.

Sarqsyanın ABŞ-da olarkən Azərbaycan ərazisi ilə bağlı bu sayaq danışmasını həm də bölgədə maraqları olan güclərə Kremlsayağı mesaj kimi də qiymətləndirmək olar.

Beləliklə, yazımızın əvvəlində "sən qorxaqsan, sən qulsan, sən ermənisən" ifadəsi Sarqsyanın davranışında bir daha təsdiqləndi. O, sadaladıqlarımızla müticəsinə buyruq qulu rolunu oynamaqdadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi